Azərbaycanca CV

    Dünyada baş verən müxtəlif iqtisadi hərəkətlənmələrlə yanaşı ictimai və siyasi hadisələr də əmək bazarına öz təsirini göstərir. Bununla yanaşı yeni texnologiyaların, İT sahəsinin inkişafı ilə əlaqədar bəzi yeni ixtisaslar yaranır, və həmçinin də bəzi ixtisaslar artıq tarixin yaddaşına qovuşur. Müasir dövrdə HR (insan resursları) mütəxəssislərinin diqqətini cəlb etmək o qədər də asan başa gəlmir. Bunun üçün cv və ya rezume hazırlanarkən onun tərtibatına fikir verilməlidir.
    İşə müraciət etməzdən öncə isə öz bacarıqlarınızı nəzərdən keçirməyiniz məsləhətli olar. Məsələn ali təhsiliniz. Diqqətə almaq lazımdır ki, heç bir universitet sizi iş həyatına hazırlamır. Sizin əla qiymətlərlə əldə edilmiş diplomunuz işə götürülməyinizə səbəb olmayacaq. Bunun üçün universitet müddətində müxtəlif kurslara getmək, həmçinin ən azından stajor kimi çalışmağınız lazım gələcək. Belə olan halda siz həm iş təcrübəsi əldə edir, həm də kollektivdə bərabər işləməyə öyrəşirsiniz.
    Bunlardan əlavə ölkədə keçirilən dünya  əhəmiyyətli tədbirlərin keçirilməsi zamanı könüllü kimi iştirak CV-nizi möhkəmləndirəcəkdir. Təbii ki, bu iş stajını əvəz etmir, amma yeni məzunlar üçün əvəzolunmaz təcrübədir.
    CV və ya rezume hazırlayarkən aşağıdakılara diqqət etmək məsləhətdir:
  1. İlk öncə ad, soyad və əlaqə vasitələri qeyd edilir.
  2. İş təcrübəsi sonuncudan başlayaraq ilk başladığınız işə qədər göstərilir.
  3. Təhsil haqqında məlumatlar, bu bölmədə də həmçinin son aldığınız təhsildən geriyə doğru göstərirsiniz.
  4. Bacarıqlar bölməsində dil bacarıqları, kompüter və İT sahəsində bilgilərinizi paylaşırsınız.
  5. Son olaraq isə iştirak etdiyiniz kurslar, seminarlar, əldə etdiyiniz sertifikatlar barədə məlumatlar göstərə bilərsiniz.
Yuxarıda göstərilənlə yanaşı CV-də şəkil məsələsi də bəzən önə çıxa bilir. Mütəxəssislərin fikrincə professional rezumedə şəkil olmamalıdı. Lakin, ölkəmizin reallığını düşündüyümüzdə ibəzən insanlara görünüşə görə qiymət verilir. Buna görə işgüzar bir foto şəkil hazırlayıb CV-nizə yerləşdirə bilərsiniz.
Rezumenizi şəxsən hazırlamaqda çətinlik çəkirsinizsə aşağıda bəzi CV formalarını yükləyə bilərsiniz. Bunlar professionallar tərəfindən məsləhət görülən CV fromalarıdı. Hər kəsə iş axtarışında uğurlar arzulayırıq.

CV nümunəsi 1

CV nümunəsi 2


CV nümunəsi 3


CV nümunəsi 4


CV nümunəsi 5

Comments